Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” (“Təbiətin lütfü”) beynəlxalq turniri keçirilib.
Fərdi
23 Sentyabr , 2023 11:14
Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of Nature” (“Təbiətin lütfü”) beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Azərbaycan və Qazaxıstan komandalarının ümumilikdə 250-dək idmançısı mübarizə aparıb.

Bölgədə gimnastika növləri üzrə təşkil olunan ilk beynəlxalq turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən 20 klubdan gimnastlar da qoşulublar. Onlar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış ediblər.

Qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi