MOK rəsmisi: "Prezident Kuboku 2024" beynəlxalq reqatası gənc avarçəkənlər üçün böyük təcrübədir

MOK rəsmisi: "Prezident Kuboku 2024" beynəlxalq reqatası gənc avarçəkənlər üçün böyük təcrübədir Bu turnir gənc avarçəkənlər üçün böyük təcrübədir.
Fərdi
1 May , 2024 15:08
MOK rəsmisi: Prezident Kuboku 2024 beynəlxalq reqatası gənc avarçəkənlər üçün böyük təcrübədir

Bu turnir gənc avarçəkənlər üçün böyük təcrübədir.

"Report"un Suqovuşana ezam olunan əməkdaşının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün start götürən "Prezident Kuboku 2024" beynəlxalq reqatası barədə danışarkən deyib.

O, iştirakçı ölkələrin sayının hər yarışda daha da artdığını bildirib: "Bu da turnirə olan maraqdan irəli gəlir. Yarış yüksək səviyyədə təşkil edilib".

"Ümumiyyətlə, son illərdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox gözəl işlər həyata keçirir. Bu baxımdan federasiyanın fəaliyyəti çox müsbət qiymətləndirilir. Federasiyanın səyi nəticəsində bu idman növü üzrə yarışlar Mingəçevirdə ənənəvi olaraq uğurla təşkil edilir", - deyə MOK rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Prezident Kuboku 2024" beynəlxalq reqatasında 21 ölkədən 30 komanda iştirak edir. Yarış mayın 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi