MOK rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında iştirak ediblər

MOK rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında iştirak ediblər Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) Albaniyanın paytaxtı Tiranada keçirilmiş 13-cü Baş Assambleyasında iştirak ediblər.
Fərdi
18 Dekabr , 2024 17:25
MOK rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) Albaniyanın paytaxtı Tiranada keçirilmiş 13-cü Baş Assambleyasında iştirak ediblər.

"Report"un məlumatına görə, tədbirə MOK-un vitse-prezidenti, İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva və MOK-un xarici əlaqələr departamentinin direktoru Anar Bağırov qatılıblar.

Əvvəlcə İSSA-nın 41-ci İcraiyyə Şurasının iclası baş tutub. Ardınca İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.

Daha sonra 2025-ci ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarının tarixi və idman proqramı iştirakçılara təqdim olunub.

VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabrın 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya və 1 milli idman növü üzrə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi