Mingəçevirdə növbəti "Kürü keçək?! 5" yarışı keçirilib - YENİLƏNİB

Fərdi
  • 08 avqust, 2026
  • 17:48
Mingəçevirdə növbəti Kürü keçək?! 5  yarışı keçirilib - YENİLƏNİB

Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib.

Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub – 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda aşağıdakı iştirakçılar qalib adını qazanıblar:

350 metr:

12-17 yaş (qızlar)

1. Aleksandra Slepenko

12-17 yaş (oğlanlar)

1. Yusif Sofiyev

⁠18-23 yaş (qızlar)

1. Gülarə Nəzərova

18-23 yaş (oğlanlar)

1. Matsvey Danilau

24-35 yaş (qızlar)

1. Tubu Abdulzade

24-35 yaş (oğlanlar)

1. Hüseyn İsnayıllı

36-55 yaş (qadınlar)

1. Yelena Dubentsova

36-55 yaş (kişilər)

1. Roman Vladıka

⁠56-70 yaş (qadınlar)

1. Natalya Baykova

56-70 yaş (kişilər)

1. Pyotr Kuvshinov

71 yaşdan yuxarı (kişilər)

1. Vaqif Nəsibov

1000 metr:

12-17 yaş (qızlar)

1. Məryam Cavadova

12-17 yaş (oğlanlar)

1. Fərhad Şirməmmədli

⁠18-23 yaş (qızlar)

1. Alisa Belaya

18-23 yaş (oğlanlar)

1. Səid Həmidov

24-35 yaş (qızlar)

1. Fatimə Alkərəmova

24-35 yaş (oğlanlar)

1. Zaur Arkaniya

36-55 yaş (qadınlar)

1. Natalya Mordasova

36-55 yaş (kişilər)

1. Roman Qalavatskiy

⁠56-70 yaş (qadınlar)

1. Olena Timçenko

56-70 yaş (kişilər)

1. Anatoliy Baykov

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışına start verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu il yarışa rekord sayda iştirakçı qatılıb.

Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.

Qeyd edək ki, "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfədir keçirilir. 2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.

Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparır.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilir: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.

Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, ilk olaraq 350 metr məsafədə yarışmaya start verildi.