Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür.
"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Füzulidə "Mingəçevir reqatası-2024”ün açılış mərasimində deyib.
Turnir barədə danışan qurum rəsmisi dörd il əvvəl bu gün şəhərin işğaldan azad olunduğunu xatırladıb:
"Əcnəbi qonaqların turniri izləməsi də xüsusi önəmə malikdir. Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə XV Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Son illərdə ölkəmizdə avarçəkmə yüksək səviyyədə inkişaf edir. Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.