Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşübAzərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı güləşin inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və perspektivlər barədə danışılıb.
İdmançıları və məşqçiləri təbrik edən Mikayıl Cabbarov nailiyyətlərin davamlı olmasını arzu edib.
Slovakiyada keçirilmiş güləş üzrə #Avropaçempionatı-nda uğur qazanmış güləşçilərimiz, onların məşqçiləri və #Güləş Federasiyasının (@wrestleaze) nümayəndələri ilə görüşmək xoş oldu.
Güləş idmanının inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və… pic.twitter.com/hcQy8baO5x