Mayk Tayson döyüşə hazır olduğunu bildirib

Mayk Tayson döyüşə hazır olduğunu bildirib Amerika boksçusu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib.
Fərdi
1 Yanvar , 2021 23:56
Mayk Tayson döyüşə hazır olduğunu bildirib
Mayk Tayson

Amerika boksçusu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “TalkSport” idmançının instaqram hesabındakı birbaşa yayımından sitat gətirib.

54 yaşlı Tayson bildirib ki, o, başqa boks veteranlarının çıxışa hazırlığından təsirlənib. O, qeyd edib ki, 2021-ci ildə yenidən döyüşəcək. Boksçunun sözlərinə görə, "o, bu dəfə daha yaxşı görünəcək".

Tayson rinqə noyabrda qayıdıb. Onun boks üzrə digər sabiq dünya çempionu Roy Consla təkbətək döyüşü heç-heçə qurtarıb. Hər iki boksçu bu halda döyüşün nəticələrini qəbul etməkdən imtina edib.

Tayson ötən il aprelin sonunda xeyriyyə yarışlarına görə peşəkar rinqə qayıtmaq arzusunu bildirib. Amerikalı idmançı 2005-ci ildən döyüşlər keçirmirdi. Ondan sonra keçmiş rəqibi Evander Holivild də yenidən döyüş keçirmək hazırlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi