Mahir Məmmədov: "Milli komandaların heyəti formalaşdırılıb"

Mahir Məmmədov: "Milli komandaların heyəti formalaşdırılıb" "İclasda əsas Məşqçilər Komissiyasını qəbul etdik. Onun işi, reqlamentinin normativ sənədlərinin hazırlanması ilə bir daha maraqlandıq. Müəyyən fikir mübadiləsi oldu"
Fərdi
1 İyun , 2022 09:44
Mahir Məmmədov: Milli komandaların heyəti formalaşdırılıb
Mahir Məmmədov

"İclasda əsas Məşqçilər Komissiyasını qəbul etdik. Onun işi, reqlamentinin normativ sənədlərinin hazırlanması ilə bir daha maraqlandıq. Müəyyən fikir mübadiləsi oldu".

Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurumun İcraiyyə Komitəsinin son iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, toplantıda federasiyanın I vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov və Cahangir Ağarəhimov, həmçinin baş katib İlahə Qədimova iştirak ediblər: "Milli komandaların heyətlərinin formalaşdırılmasını tam bitirdik. Bu barədə məlumat veriləcək. Yığmaların Ümumdünya Şahmat Olimpiadasına hazırlığı diqqət mərkəzində oldu. Qadın şahmatçıların təlim-məşq toplanışları barədə danışıldı".

Məmmədovun sözlərinə görə, yığıncağa dünya şöhrətli belaruslu mütəxəssis Mixail Şereşevski də qatılıb: "Onu cəlb etmişik ki, Azərbaycan şahmatının ehtiyat qüvvələrinin diaqnostikası ilə məşğul olsun, gənclərlə işləsin, onların məşqçilərinə də öz tövsiyyələrini versin. Bu proses artıq 4 aydır davam edir. Şereşevskini dinlədik. Çox məhsuldar gün oldu".

Son xəbərlər

Orphus sistemi