KXDR idmançıları 2018-ci il Qış Olimpiadasından imtina ediblər
Fərdi
- 02 dekabr, 2017
- 06:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ KXDR idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.
"Report"un məlumatına görə, fiqurlu konkisürənlərdən ibarət Rem De Ok və Kim Çju Sik Beynəlxalq Olimpiya Komitəsinə (İOC) iştirak ərizəsi verməyiblər. Olimpiadaya Şimali Koreyadan yalnız onlar lisenziya qazanmışdılar.
İOC ərizə qəbulunu artıq yekunlaşdırıb və digər idmançılara kvotaların verilmə proseduruna başlayıb. Pxençxanda KXDR nümayəndələri əvəzinə Yaponiya fiqurlu konkisürənləri çıxış etmə şansı qazanıblar. Onlar iştiraklarını dekabrın 21-də təsdiqləməlidirlər.
Qeyd edək ki, XIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci ildə təşkil olunacaq.
Son xəbərlər
14:07
Qarabağ Dirçəliş Fondu sığortaçı seçir
Maliyyə
14:03
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
Biznes
14:03
Avropa Şurasının Baş katibi Ukraynada ikigünlük səfərdədir
Digər ölkələr
14:03
Şirkətin gübrələrini sataraq 250 min manatlıq mənimsədə təqsirləndirilən şəxsə 6,5 il həbs cəzası verilib
Hadisə
13:55
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
Fərdi
13:40
Foto
Növbəti köç karvanları Ağdərə, Xocalı və Xocavəndə çatıb - Yenilənib-2
Daxili siyasət
13:37
"Atletiko"nun futbolçusu Aleksandr Sörlot iki həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
13:15
Foto
"Imagine Adama Azerbaijan" şirkətinin Saatlıda müasir istixana təsərrüfatının açılış və təməlqoyma mərasimi keçirilib
Biznes
13:14
Estoniya XİN başçısı Azərbaycanı enerji və ticarət sahəsində mühüm tərəfdaş adlandırıb
Xarici siyasət