Kişi cüdoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi dəyişib

Kişi cüdoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi dəyişib Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın məşqçilər heyətində dəyişiklik edilib.
Fərdi
2915
2 Avqust , 2021 14:35
Kişi cüdoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi dəyişib
Elçin İsmayılova

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın məşqçilər heyətində dəyişiklik edilib.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun "Report"a verdiyi məlumata görə, səbəb kimi yığmanın Tokio-2020 Yay Olimpiya Oyunlarında zəif çıxışı göstərilib.

Ukraynalı baş məşqçi Ruslan Maşurenko, aralarında Elxan Məmmədov, Nazim Hüseynov və Mehman Əzizov da olmaqla, bütün köməkçiləri komandadan göndərilib. Milli komanda müvəqqəti olaraq, üçqat Avropa çempionu Elçin İsmayılova həvalə olunub. İsmayılov həm də gənclərdən ibarət yığmanın baş məşqçisidir.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.

Qeyd edək ki, cüdo üzrə kişilərdən ibarət yığma Tokio-2020-də tam heyətlə təmsil olunsa da, heç bir medal qazana bilməyib. Yalnız qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalla kifayətlənib.

Kişilərdən ibarət yığmanın məşqçilər heyətinin istefaya göndərildiyi barədə ilk xəbəri oxu.az yazıb.

Son xəbərlər

Orphus sistemi