Keçmiş dünya çempionu zorlama ittihamı üzrə saxlanılıb

Keçmiş dünya çempionu zorlama ittihamı üzrə saxlanılıb Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ-ın boks üzrə orta çəkidə keçmiş dünya çempionu Viktor Ortiz ABŞ-ın Kaliforniya əyalətində polis tərəfindən saxlanılıb.
Fərdi
26 Sentyabr , 2018 12:42
Keçmiş dünya çempionu zorlama ittihamı üzrə saxlanılıb
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ-ın boks üzrə orta çəkidə keçmiş dünya çempionu Viktor Ortiz ABŞ-ın Kaliforniya əyalətində polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, 31 yaşlı idmançıya qarşı cinsi zorakılıq üzrə 3 ittiham irəli sürülüb. O, zorlamada ittiham olunur.

Polisə şikayət ərizəsi sentyabrın 19-da bir qadın tərəfindən daxil olub. Sonradan cinayətkarın Ortiz olaraq müəyyən edilib. Nəticədə boksçunun həbs olunması üçün qərar çıxarılıb.

Ortiz daha əvvəl sərxoş halda avtomobil idarə etmə, adam döymə kimi qayda pozuntularına yol verib.

Qeyd edək ki, 31 yaşlı boksçunun sentyabrın 30-da Con Molina ilə döyüşü olacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi