İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"
Fərdi
- 17 sentyabr, 2022
- 15:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yarışa çempionluq üçün gəlmişdim. Amma üçüncü yer də pis nəticə deyil".
Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu İsmayıl Zamanov "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
90 kq çəki dərəcəsində çıxış edən idmançı məşqçilərinə təşəkkür edib: "Baş məşqçi Elxan Məmmədova, onun köməkçisi Elxan Rəcəbliyə, şəxsi məşqçim Ruslan Quliyevə minnətdarlığımı bildirirəm. Hamısı mənim arxamda dayanıb və güvənib. Medal qazanacağımı gözləyirdim. Çox əziyyət çəkmişdim. Daha əvvəl 81 kq-da çıxış edirdim. Bu, 90 kq-da ilk yarışım idi".
Qeyd edək ki, bu çəki dərəcəsində qızıl medalı Vüqar Talıbov qazanıb.
Son xəbərlər
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət
10:49
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:43
Foto
NETTY 2026 ərizə qəbulu elan edilib
Media
10:43
Avropa çempionu olan Aysel Əhmədli: "Finala çıxanda özümdə daha çox inam hiss etdim"
Fərdi
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
10:26
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə müraciətin forması açıqlanıb
Hadisə
10:23
Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib
Region
10:23
DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
Maliyyə