İslamiadada ilk medalçılar bəlli olub, Azərbaycan velosipedçisi 4-cü yeri tutub

İslamiadada ilk medalçılar bəlli olub, Azərbaycan velosipedçisi 4-cü yeri tutub Türkiyənin Konya şəhərində bu gün start götürən V İslam Həmrəyliyi Oyunlarında ilk medalçılar bəlli olub.
Fərdi
5 Avqust , 2022 13:16
İslamiadada ilk medalçılar bəlli olub, Azərbaycan velosipedçisi 4-cü yeri tutub

Türkiyənin Konya şəhərində bu gün start götürən V İslam Həmrəyliyi Oyunlarında ilk medalçılar bəlli olub.

"Report"un məlumatına görə, İslamiada qadınlar arasında trek velosipedi üzrə yarışla start götürüb.

10 km məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıb. Azərbaycan təmsilçilərindən Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko isə 13-cü olub.

Kişilər arasında 15 km məsafəyə final mərhələsində isə Birləşmiş Ərəb Əmirliklərindən Əhməd Əlmənsuri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İranlı Behman Ariyan 2-ci, qazaxıstanlı Alişer Jumakan 3-cü yeri tutublar.

Azərbaycanın kişi velosipedçilərindən Musa Mikayılzadə 14-cü yerlə kifayələnib, Nəcəf Bağırov isə finişə çatmayıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi