İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib İlham Zəkiyev və Yaşar Hacıyev vitse-prezident, Kamal Məmmədov isə baş katib vəzifələrinə seçiliblər
Fərdi
28 Sentyabr , 2021 13:07
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib
İlqar Rəhimov

Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib.

MPK-dan "Report"a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimov iclası açıq elan edib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Daha sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb.

Baş katib Kamal Məmmədov qurumun 2017 - 2021-ci illər üzrə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Yaponiyanın paytaxtı Tokioda keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan milli paralimpiya komandası yüksək nəticə göstərib.

"Ötən paralimpiadadan keçən dövrdə görülən işlərin məntiqi nəticəsi olan bu uğurun həyata keçirilməsi bir komanda olaraq hər birimizin uğuru kimi qiymətləndirilə bilər" deyən K.Məmmədov.bu uğurun davamı olaraq da 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar MPK görülən işlər haqqında geniş məlumat verib.

Ümumi yığıncaqda Tokio-2020-nin mükafatçıları MPK-yə üzv seçiliblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən qurumun prezidenti, İlham Zəkiyev və Yaşar Hacıyev vitse-prezident, Kamal Məmmədov isə baş katib vəzifələrinə seçiliblər. Yığıncaqda MPK İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib:

1. Rəhimov İlqar Elxan oğlu – MPK prezidenti, İcraiyyə Komitəsinin sədri

2. Zəkiyev İlham Əzizağa oğlu – MPK-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü

3. Hacıyev Yaşar Fərəc oğlu – MPK-nın vitse-prezidenti, Sumqayıt Paralimpiya Komitəsinin direktoru, İcraiyyə Komitəsinin üzvü

4. Məmmədov Kamal Cabir oğlu – MPK-nın baş katibi, İcraiyyə Komitəsinin katibi

5. Sultanova Afaq Vaqif qızı –Cüdo üzrə paralimpiya çempionu, İcraiyyə Komitəsinin üzvü

6. Kərimova Vüsalə Akif qızı – “Əlil İdmançılara dəstək” İB-nin baş katibi, İcraiyyə Komitəsinin üzvü

7. Sadıqov Sadıq Asəf oğlu – “Neftçi” İdman Klubunun icraçı direktoru, İcraiyyə Komitəsinin üzvü

8. Məmmədov Aydın Ağa oğlu – Gənclər və İdman Nazirliyinin sektor müdiri, İcraiyyə Komitəsinin üzvü

9. Behbudov Vüqar Şəfa oğlu – Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, İcraiyyə Komitəsinin üzvü

10. Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri, İcraiyyə Komitəsinin üzvü

11. Zeynalova Afaq Şakir qızı – Qış İdman Növləri Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İcraiyyə komitəsinin üzvü.

Son xəbərlər

Orphus sistemi