Avropa Oyunları: Azərbaycanın bir boksçusu 1/4 finala yüksəlib, ikisi mübarizəni dayandırıb - YENİLƏNİB - 2

Fərdi
  • 26 iyun, 2023
  • 18:27
Avropa Oyunları: Azərbaycanın bir boksçusu 1/4 finala yüksəlib, ikisi mübarizəni dayandırıb - YENİLƏNİB - 2

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.

"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

22:12

Azərbaycan boksçusu Məsud Yusifzadə Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünü keçirib.

"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, 51 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/8 finalda Atilla Bernatla (Macarıstan) qarşılaşıb.

Yusifzadə 0:5 (26:30, 28:29, 27:30, 26:30, 26:30) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz rinqə çıxacaq. Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcək.

16:34

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib.

Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.