İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib İlham Zəkiyev bürünc medal uğrunda yarışacaq
Fərdi
14 May , 2017 14:52
İslamiada: Azərbaycanın 4 paralimpiyaçı cüdoçusu finala yüksəlib

Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında daha 4 çəki dərəcəsində paralimpiyaçı cüdoçular mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev finala yüksələ bilməyib.

100 kq-dan yuxarı çəkidə yarışan 37 yaşlı gözdən əlil idmançı qrup mərhələsində iki görüşündən birində uduzduğu üçün bürünc medal görüşündə çıxış edəcək. Əvəzində bu çəkidə Kənan Abdullaxanlı finala vəsiqə qazanıb.

66 kq çəkidə Elçin Talıbov və Bayram Mustafayev finalda bir-biri ilə qarşılaşacaq. 73 kq-da Ramil Qasımov finala vəsiqə qazandığı halda Natiq Talıbov 3-cü yer uğrunda görüşə çıxacaq. 90 kq-da isə Tofiq Məmmədovla Rövşən Səfərov arasında bürünc medal görüşü olacaq. 

Paracüdo

Kişilər

66 kq

Qrup mərhələsi: Elçin Talıbov Recep Çiftçiyə (Türkiyə) və Utkirjon Niqmatova (Özbəkistan) qalib gəlib.

Bayram Mustafayev Məhəmməd Kamil Bellabasa (Əlcəzair) qalib gəlib.

FİNAL: Elçin Talıbov - Bayram Mustafayev

73 kq

1/4 final. Natiq Talıbov Yusif Racaya (Əlcəzair) uduzub

Bürünc medal görüşü: Natiq Talıbov - Sərdar Aydın (Türkiyə)

Yarımfinal: Ramil Qasımov Sərdar Aydına (Türkiyə) qalib gəlib

FİNAL: Ramil Qasımov - Feruz Sayidov (Özbəkistan)

90 kq

Yarımfinal: Tofiq Məmmədov Ali Şahaniyə (İran), Rövşən Səfərov Boboyevə (Özbəkistan) uduzub.

Bürünc medal görüşü: Tofiq Məmmədov - Rövşən Səfərov

+100 kq

Qrup mərhələsi

İlham Zəkiyev - Şirin Şaripova (Özbəkistan) uduzub, Ehsan Musanejadkarmozdini (İran) udub

Kənan Abdullaxanlı - Dursun Hayrana (Türkiyə) qalib gəlib.

FİNAL. Kənan Abdullaxanlı - Şirin Şaripov (Özbəkistan)

Bürünc medal görüşü: İlham Zəkiyev - D Hayran (Türkiyə)

Heydər Əliyev adına İdman Arenası

Son xəbərlər

Orphus sistemi