İslamiada: Azərbaycan para-atletika növündə üçüncü qızıl medalı qazanıb

İslamiada: Azərbaycan para-atletika növündə üçüncü qızıl medalı qazanıb Bu dəfə Yelena Çebanu 100 metr məsafəyə qaçışda qalib olub
Fərdi
16 May , 2017 19:40
İslamiada: Azərbaycan para-atletika növündə üçüncü qızıl medalı qazanıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən daha bir para-atlet qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 100 metr məsafəyə qaçışda Yelena Çebanu 12,09 saniyə nəticə ilə birinci olub.

Finişə 12,89 saniyəyə çatan indoneziyalı Endanq Sitorus gümüş, 15,000 saniyə göstəriciyə malik mərakeşli Məryəm En-Nuri bürünc medal əldə edib. 

*** 19:13

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Oloxan Musayev qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 38 yaşlı idmançı 11,86 metr məsafəyə nüvə itələyərək, birinci yeri tutub. İranlı Alireza Qaleh Nasseri 10,49 metr nəticə ilə gümüş, Ali Mohammadyari isə 10,37 metr göstərici ilə bürünc medal əldə edib.

*** 13:33

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Samir Nəbiyev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 31 yaşlı idmançı kişilər arasında nüvə itələmə növündə fərqlənib.

O, 13,95 metr nəticə göstərib. Gümüş və bürünc medalları iranlılar qazanıb. Cavid Ehsani Şakib 13,74 metr, Cavad Dalaki 13,06 metr nəticə göstərib.

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada 34-cü qızıl medalı olub. 

Son xəbərlər

Orphus sistemi