Güllü Ağalarzadə: “Çalışacağıq, gimnastika üzrə dünya çempionatında daha yaxşı kompozisiyaları ifa edək”
- 16 avqust, 2022
- 04:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Çalışacağıq ki, gimnastika üzrə dünya çempionatında daha yaxşı kompozisiyalarımızı ifa edək”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.
“Komandamız ilk dəfə idi ki, İslam Həmrəyliyi Oyunlarında çıxış edirdi. Bayrağımızı layiqincə təqdim etməyə çalışdıq”, - Azərbaycan təmsilçisi vurğulayıb.
“Azərbaycan bayrağını dalğalandırmaq olduqca olduqca məsuliyyətli hissdir. Çalışdıq ki, bunun öhdəsindən layiqincə gələk”, - bədii gimnast əlavə edib.
Güllü Ağalarzadənin sözlərinə görə, bundan da yaxşı nəticələrə imza atmaq mümkün idi: “Daha yaxşı çıxış edə bilərdik. Amma bir ay sonra bizi dünya çempionatı gözləyir. Çalışacağıq ki, dünya çempionatında daha yaxşı kompozisiyalarımızı ifa edək”.