Güləş üzrə “Təhsil” beynəlxalq turniri keçiriləcək

Güləş üzrə “Təhsil” beynəlxalq turniri keçiriləcək Dekabrın 5-dən 11-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək.
Fərdi
30 Noyabr , 2023 17:16
Güləş üzrə “Təhsil” beynəlxalq turniri keçiriləcək

Dekabrın 5-dən 11-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək.

"Report" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə ortaq təşkil edəcəyi yarışda 7 ölkədən ümumilikdə 500-ə yaxın yeniyetmə idmançı mübarizə aparacaq.

Ötənilki analoji turnirdən fərqli olaraq, bu dəfə U-17 yaş qrupu ilə yanaşı, U-15 yaş qrupu üzrə də yarış baş tutacaq.

Proqrama əsasən, ilk 4 gündə U-15, növbəti 3 gündə isə U-17 yaş qrupunda yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışın açılış mərasimi dekabrın 5-də, saat 16:00-da başlayacaq. Turnirin qarşılaşmaları isə hər gün saat 10:00-da start götürəcək.

Qeyd edək ki, yarış güləşdə kütləviliyin artmasına nail olmaq və müvafiq milli komandalara seçim məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi