Gənclər və İdman Nazirliyi erməni idmançının "Rio-2016"dakı davranışına münasibət bildirib

Gənclər və İdman Nazirliyi erməni idmançının "Rio-2016"dakı davranışına münasibət bildirib Səmayə Məmmədova: "Bu, Ermənistanın qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirməsi cəhdidir"
Fərdi
17 Avqust , 2016 18:51
Gənclər və İdman Nazirliyi erməni idmançının Rio-2016dakı davranışına münasibət bildirib

Bakı. 17 avqust. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Ermənistan güləşçisi Artur Aleksanyanın 2016-cı il Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminə üzərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində öldürülən Robert Abadjyanın şəkli olan köynəklə gəlməsinə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova “Report”a deyib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirməsinin tərəfdarı olmayıb.

O, erməni idmançının avqustun 16-da etdiyi hərəkəti bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirməsi cəhdi kimi dəyərləndirib: "Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya mənfur xislətini göstərdi və cılız düşüncəyə malik olduğunu bir daha subut etdi". 

Son xəbərlər

Orphus sistemi