Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
Fərdi
- 08 avqust, 2026
- 12:21
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.
Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, ikinci dəfə keçirilən "Ganja Cup" yarışında bu il ilk dəfə Belarus və Gürcüstan komandaları da iştirak edib.
Son xəbərlər
01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11
Hörmüz boğazında yük gəmisi zərbəyə məruz qalıb, ölən var
Digər ölkələr23:54
Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Xarici siyasət23:50
Marko Rubio: ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur
Digər ölkələr23:33