FIDE reytinqində şahmatçılarımızın yeni mövqeyi bilindi

FIDE reytinqində şahmatçılarımızın yeni mövqeyi bilindi Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fərdi
31 Avqust , 2020 12:51
FIDE reytinqində şahmatçılarımızın yeni mövqeyi bilindi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov bir pillə irəliləyərək 2665 xalla 71-ci olub. Nicat Abbasov da bir pillə irəliləyib və 73-cü sırada qərarlaşıb.  2 654 xalı olan Rauf Məmmədov isə 90 - 93-cü yerləri bölüşür.  

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 75-ci yerdə qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə yenə 85-cidir. 

Son xəbərlər

Orphus sistemi