Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ibn Sulayem "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Marşal Klubunun üzvləri ilə tanışlığı olub.
BŞH-dən "Report"a verilən məlumata görə, o, yerli marşalların fəaliyyəti ilə yaxından tanış olaraq, onların yarışlara hazırlığını yüksək qiymətləndirib.
Sulayem və yarışın direktoru Nils Vittiç Bakı treki boyu çalışan 1 400 marşalın yüksək performansı və yarış zamanı baş verən hadisələrə çevik reaksiya qabiliyyətini xüsusi vurğulayıb.
Həmçinin, FIA rəsmiləri avtoidman tarixində ilk dəfə trek ərazisində marşal postu yalnız xanımlardan ibarət heyətlə tanış olub, onlara nümayiş etdirdikləri fəallığa görə təşəkkürünü bildirib.