​FİDE prezidenti Harri Kasparovun rüşvət verməsindən danışıb

​FİDE prezidenti Harri Kasparovun rüşvət verməsindən danışıb "Kasparov barədə hansı cəzanın kəsiləcəyini komissiya qəbul etməlidir"
Fərdi
9 Sentyabr , 2015 21:26
​FİDE prezidenti Harri Kasparovun rüşvət verməsindən danışıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov sabiq dünya çempionu Harri Kasparovun bu vəzifəyə seçilməkdən ötrü rüşvət verməsi faktı ilə bağlı açıqlama verib.

"Report"un məlumatına görə, FİDE prezidenti bu qalmaqalın ötən ilin yanvarında "New York Times" qəzetində dərc olunmuş məqalədən sonra başladığını bildirib.

O deyib ki, həmin məqalədə Harri Kasparov FİDE prezidenti seçkisində ona Sinqapurun səs verməsindən ötrü qurumun bu ölkədən olan keçmiş baş katibi İqnatius Leonqa öz fondundan 500 min dollar, Asiyanın 10 ölkəsinin dəstəyini almaq üçün 1 milyon dollar, təbliğati işlər, səfərlər və digər məsələlərə isə 100 min dollar ödədiyi yazılıb. Bundan sonra, K.İlümjinovun sözlərinə görə, həmin qəzetə müraciət edilib və ödənişlərin aparılmasını nəzərdə tutan müqavilələr alınaraq, FİDE-nin Etika Komissiyasına təqdim olunub:

"Bu komissiya müstəqildir. Kasparov barədə hansı cəzanın kəsiləcəyini komissiya qəbul etməlidir. Maliyyə sanksiyasından tutmuş şahmat yarışlarına qatılmama]a qədər cəza nəzərdə tutulur. Bundan sonra Sinqapurdan bizə müraciət gəlib ki, niyə bu barədə onlara müraciət edilməyib. Ölkə qanunlarına əsasən, öz vətəndaşı rüşvət təklifi aldıqda bu barədə müvafiq orqanları məlumatlandırmalıdır".

Şahmatın Qış Olimpiya Oyunlarının proqramına salınmasına gəlincə, K.İlümjinov Beynəlxalq Olimpiya Komitəsinin (İOC) mərhum prezidenti Xuan Antonio Samarançdan hazırkı prezidenti Tomas Baxadək bu məsələnin müzakirə olunduğunu söyləyib:

"1999-cu ildə Seulda şahmat İOC tərəfindən idman federasiyası kimi tanınıb. Sonuncu dəfə 2 ay öncə Tomas Baxla da görüş olub. Görüşdə sabiq dünya çempionu Vladimir Kramnik də iştirak edirdi. Sübut etdik ki, şahmat olimpiadaya lazımdır. Hazırda danışıqlar gedir. Şahmatın qış olimpiadasının proqramına salınması istiqamətində çalışırıq. 2018-ci il Pxenyan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilə danışıqlar aparmışıq".

K.İlümjinov Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov tərəfindən FİFA prezidenti postuna təklif olunmasına da münasibət bildirib. O, ali futbol qurumu ətrafında yaşananların heç də yaxşı hal olmadığını bildirib. FİDE prezidenti təkliflə bağlı hələ qərar vermədiyini və gələn il fevralın 26-da keçiriləcək seçkilərdə namizədliyini irəli-sürüb sürməməsinə dair dostları ilə məsləhətləşəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi