Maks Ferstappen: "Hemiltonun səhvini görəndən sonra təzyiqim düzəldi"

Maks Ferstappen: "Hemiltonun səhvini görəndən sonra təzyiqim düzəldi" "Tibb mərkəzində çarpayıda uzanmışdım. Həkkimlər qan təzyiqimi ölçdülər. Sonra isə telefonum güclü titrəməyə başladı. Öz-özümə düşündüm ki, görəsən, nə baş verib".
Fərdi
7 İyun , 2021 12:41
Maks Ferstappen: Hemiltonun səhvini görəndən sonra təzyiqim düzəldi

"Tibb mərkəzində çarpayıda uzanmışdım. Həkkimlər qan təzyiqimi ölçdülər. Sonra isə telefonum güclü titrəməyə başladı. Öz-özümə düşündüm ki, görəsən, nə baş verib".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzanın ardından yaşananları anlatan "Red Bull" pilotu Maks Ferstappen deyib.

Niderlandlı sürücü bildirib ki, "Mercedes" pilotu Lüis Hemiltonun ilk döngədə problemlə üzləşdiyini biləndən sonra əhvalı düzəlib: "Əvvəlcə maşın səsi eşitdim. Xəstəxanadan çıxdıqda isə mobil telefonumda Lüisin problemlə qarşılaşdığını gördüm. Ondan sonra təzyiqim normala qayıtdı".

Qeyd edək ki, yarışın gedişində Maks Ferstappenin bolidi qoruyucu səddə çırpılıb. Nəticədə maşının arxa təkəri partlayıb. O, lider olduğu yarışa davam edə bilməyib və qırmızı bayraq qaldırılıb. Bu səbəbdən, Qran-pridə fasilə yaranıb. Yarış davam etdirildikdən sonra onun komanda yoldaşı Serxio Peres qalib adını qazanıb.

Son xəbərlər

Orphus sistemi