Olimpiya reytinqi: Azərbaycan cüdoçusu öz çəkisində zirvəyə yüksəlib
Fərdi
- 20 fevral, 2023
- 12:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Olimpiya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib.
"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanmaqla nail olub.
O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrela qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda idmançının aktivində 2 250 xal var.
Qeyd edək ki, Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
Son xəbərlər
13:15
Foto
"Imagine Adama Azerbaijan" şirkətinin Saatlıda müasir istixana təsərrüfatının açılış və təməlqoyma mərasimi keçirilib
Biznes
13:14
Foto
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
Daxili siyasət
13:14
Estoniya XİN başçısı Azərbaycanı enerji və ticarət sahəsində mühüm tərəfdaş adlandırıb
Xarici siyasət
13:03
Azərbaycan boksçuları IBA Prezident kubokunda mübarizə aparacaqlar
Fərdi
13:00
Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır
Xarici siyasət
12:59
Tsahkna: Estoniya Azərbaycan üçün viza məsələlərinin liberallaşdırılması prosesini dəstəkləyir
Xarici siyasət
12:59
Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib
Xarici siyasət
12:58
Elgün Məhəmmədəlizadə: "Bal yarmarkasına 270 arıçı 101 tondan çox bal satışa çıxarıb"
ASK
12:57
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxili siyasət