Dünya Qadın Seriyası: "Neftçi" bu gün ABŞ yığması ilə üz-üzə gələcək

Fərdi
  • 19 avqust, 2023
  • 09:01
Dünya Qadın Seriyası: Neftçi bu gün ABŞ yığması ilə üz-üzə gələcək

3x3 basketbolu üzrə qadınlardan ibarət "Neftçi" komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyunu keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:25-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" qrupda "Yuanda" (Çin) klubuna 9:21 hesabı ilə uduzub, Portuqaliya yığmasına isə qalib gəlib - 21:17.