Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu

Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib.
Fərdi
11 May , 2020 15:27
Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu

Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib.

"Report"un məlumatına görə, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.

Qərara alınıb ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda verilsin və yarışın dəqiq tarixləri açıqlansın.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərində və Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi