Azərbaycan qılıncoynadanı Dünya Kubokunun qalibi olub

Azərbaycan qılıncoynadanı Dünya Kubokunun qalibi olub Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/8 finala yüksəlib.
Fərdi
29 Yanvar , 2022 18:39
Azərbaycan qılıncoynadanı Dünya Kubokunun qalibi olub

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

"Report"un məlumatına görə, o, finalda Fransa təmsilçisi Mannon Brunetə 15:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

18:16

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında finala yüksəlib.

"Report"un məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gəlib.

Başta həlledici görüşdə Fransa təmsilçisi Mannon Brunetlə qarşılaşacaq.

17:32

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib yaponiyalı idmançı Emura Misakini olub. 15:11 hesabı ilə qalib gələn Başta adını yarımfinala yazdırıb.

16:59

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 finala yüksəlib.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.

Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.

Onun yarımfinaldakı rəqibi yaponiyalı Misaki Emuraya olacaq.

Son xəbərlər

Orphus sistemi