Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.
“Report”un məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada amerikalı Cennifer Rocersə məğlub olub.
Rəqibi tam üstünlüklə qalib gəldiyindən, Kolesnik fəxri kürsüyə çıxa bilməyib.
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada macar Tamara Dollakla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ABŞ təmsilçisi Cennifer Rocers olacaq.