Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq
Fərdi
5 Oktyabr , 2021 10:20
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.

Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.

Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi