Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib

Futbol
  • 11 noyabr, 2026
  • 15:56
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raunduna məğlubiyyətlə start verib.

"Report"un məlumatına görə, Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə Almaniya ilə qarşılaşıb.

Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-17 növbəti matçını noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.