Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. "Report"un məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Fərdi
20 Avqust , 2021 16:49
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 87 kq-da mübarizə aparan Laçın Vəliyev finala gedən yolda niderlandlı Tirone Stekelenburqla qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə uduzan idmançı bürünc medal uğrunda güləşəcək.

130 kq çəki dərəcəsindəki Sərxan Məmmədov isə yarımfinalda yunanıstanlı Nikolaos Ntuniasa 3:2 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Azərbaycanın digər güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Əliyev türkiyəli Adem Burak Uzunla, Babaşov isə iranlı İman Husseyn Xon Məhəmmədi ilə üz-üzə gələcək.

77 kq-da yarışan Elcan Məmmədov isə dünya çempionatı ilə vidalaşıb.

13:55

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kq) 1/8 finalda iranlı Əmirrza Dehbozorgiyə uduzub. Ziya Babaşov (63 kq) debütdə yerli pəhləvan Səid Bakayevlə bacarmayıb.

77 kq-da mübarizə aparan Elcan Məmmədov təsnifat mərhələsində polşalı Konrad Kozlovskiyə tuşe ilə qalib gəlsə də, 1/8 finalda Belarus təmsilçisi Dmitri Bonka ilə dueldən məğlub ayrılıb.

87 kq-dakı Laçın Vəliyev Mario Vukoviç (Serbiya), Alqot Kaelman (İsveç) və Lukas Lazogianisə (Almaniya) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda Tirone Stekelenburqun (Niderland) müqavimətini qırmağa çalışacaq.

Sərxan Məmmədov (130 kq) isə Əmirməhəmməd Bayat (İran) və Tomaş Vavrinçikə (Polşa) gücünü göstərərək yarımfinala adlayıb. Onun rəqibi Nikolaos Ntunias (Yunanıstan) olacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi