Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
  • 14 sentyabr, 2022
  • 19:15
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 6-cı yeri tutub.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı finalda halqa ilə hərəkətlərdə hakimlərdən 31.150 xal alıb.

O, topla hərəkətlərdə 17-ci, iki hərəkətin cəmində isə 10-cu olub.

Yarışın ilk günündə mübarizəyə qoşulmuş digər bədii gimnast Alina Gözləova isə halqa hərəkətlərdə 39-cu, topla hərəkətlərdə 51-ci yeri tutub.

21:15

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı halqa ilə hərəkətlərdə 30.850 xal toplayaraq, həlledici mərhələyə vəsiqə qazanıb.

Final çıxışı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti