Dirk Şvede: "Bakıdakı dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirirəm"

Dirk Şvede: "Bakıdakı dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirirəm" "Bura məndə xoş təəssüratlar yaradır. Hər şeydən razıyam. Bu səbəbdən təşkilatçılığı yüksək qiymətləndirirəm".
Fərdi
28 noyabr 2023 12:24
Dirk Şvede: Bakıdakı dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirirəm

"Bura məndə xoş təəssüratlar yaradır. Hər şeydən razıyam. Bu səbəbdən təşkilatçılığı yüksək qiymətləndirirəm".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatından əvvəl mətbuat konfransında deyib.

O, təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Dünya çempionatının təşkilatçılığına görə Azərbaycan nümayəndəliyinə, həmçinin Dövlət Sərhəd Xidmətinə minnətdarlığımı bildirirəm. Belə tədbirlərin olması bizim millətləri bir araya gətirir. Dünya çempionatında idmançılar əllərindən gələni edəcəklər. Maraqlı mübarizə yaşanacaq. Əminəm ki, burada həm dostluq, həm də rəqabət olacaq. İnanıram ki, bura gələn qonaqlarda xoş təəssüratlar yaranacaq”.

Dirk Şvede əlavə edib ki, beynəlxalq idman yarışlarındakı qadağalara baxmayaraq, turnirdə rusiyalı idmançılar qalib gələcəkləri təqdirdə, həmin ölkənin himninin səsləndirilməsində heç bir problem olmayacaq.

Qeyd edək ki, sabah “Sərhədçi” İdman Mərkəzində start götürəcək yarış dekabrın 3-də başa çatacaq. Turnirdə 18 ölkədən 222 idmançı (176 kişi, 46 qadın) mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi