Cüdo üzrə dünya çempionatına Bakının namizədliyi irəli sürülüb
Fərdi
- 07 yanvar, 2016
- 06:18
Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası dünya çempionatına Bakının namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer "twitter" hesabı vasitəsilə müsahibəsində bildirib.
Rumıniyalı funksioner bildirib ki, 5 şəhər 2018 və ya 2019-cu il dünya çempionatlarını keçirmək üçün ərizə verib. Bunlar Paris (Fransa), Tokio (Yaponiya), Kazan (Rusiya), Qahirə (Misir) və Bakıdır. Onun fikrincə, namizədlər siyahısına Hyustonun da əlavə olunacağı güman olunub.
Qeyd edək ki, indiyədək Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirilməyib. Əvəzində qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunub.
Son xəbərlər
04:53
Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
Digər ölkələr04:19
Yer kürəsinin forması tədricən dəyişir
Elm və təhsil03:48
Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Region03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45