Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Fərdi
- 27 aprel, 2022
- 16:24
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
"Report"un Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən məlumatına görə, yarışda ölkəni 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur.
Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.
Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) medal uğrunda yarışacaq.
Qeyd edək ki, aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək.
Son xəbərlər
01:15
Foto
Dövlət Komitəsinin sədri Nyu-Yorkda azərbaycanlı qadın sahibkarlarla görüşüb
Xarici siyasət00:56
Ukrayna nümayəndə heyəti dron sazişinin müzakirəsi üçün Yaxın Şərqə yola düşüb
Digər ölkələr00:31
Rusiya federal büdcəsinin neft-qaz üzrə gəlirləri yanvar-fevral aylarında 47 % azalıb
Region00:20
Foto
BMT-nin iclasında qadınların zorakılıqdan müdafiəsi ilə bağlı Azərbaycanın təcrübəsi paylaşılıb
Xarici siyasət00:07
Çempionlar Liqası: "Qalatasaray" 1/8 final mərhələsinin ilk matçında "Liverpul"u məğlub edib
Futbol23:49
SEPAH: İran səmasında indiyədək 104 PUA zərərsizləşdirilib
Region23:32
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
Region23:22
BMT TŞ sabah Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
Digər ölkələr23:05