Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunda yarımfinalçılar müəyyənləşib
Fərdi
- 15 dekabr, 2018
- 05:56
Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə son oyunları keçirilib.
“Report” xəbər verir ki, “A” qrupunda “Sərhədçi” komandası “Murad”ı 6:0 hesabı ilə məğlub edib. “Buta Golden” kollektivi isə “Ağstafa”dan üstün olub - 5:2. “B” qrupundan “Omar” “Köhlən”ə 11:1 hesabı ilə qalib gəlib. “Polad” isə “Qarabağ”dan güclü olub - 2:0.
Dekabr 22-də yarımfinalda “A” qrupunu lider kimi başa vuran “Sərhədçi” “B” qrupunun ikincisi “Polad”la qarşılaşacaq. “B” qrupunda birinci yeri tutan “Omar” isə “A” qrupundan “Buta Golden”lə üz-üzə gələcək.
Qeyd edək ki, üçüncü yer və final oyunları isə dekabrın 23-də keçiriləcək.
Son xəbərlər
16:09
Türkdilli ölkələr arasında şahmat yarışının təşkilatçılığı yüksək qiymətləndirilib
Fərdi16:05
Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri açıqlanıb
İKT16:02
Çexiyada yeni hökumətin tərkibi təsdiqlənib
Digər ölkələr16:01
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin seçimi davam edir
Region16:00
"Bakı Fond Birjası"nda ticarət olunan qiymətli kağızların sayı açıqlanıb
Maliyyə15:57
Foto
"Sədərək" gömrük postunun yaxınlığındakı TIR parkında yenidənqurma işləri aparılıb
İnfrastruktur15:55
Premyer Liqanın XV turunda "İmişli" "Karvan-Yevlax"la heç-heçəyə razılaşıb
Futbol15:52
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İKT15:51