"Fiqurlu konkisürənlərimizin son nəticələri bizi sevindirir".
"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, sonuncu Avropa çempionatında Yekaterina Ryabovanın 7-ci yeri tutduğunu xatırladıb: "Ümid edirəm ki, Pekindəki Qış Olimpiya Oyunlarında da nəticə sevindirici olacaq".
Hüseynzadə Azərbaycanın 5-ci dəfə qış olimpiadasına qatılacağını bildirib: "Son zamanlar idman federasiyalarının rəhbərliyi gücləndirilir. Qarşıdakı aylarda qış növləri üzrə də analoji addımlar atılacaq və ümid edirəm ki, daha yüksək nəticələr əldə olunacaq".
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.