Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirib
Fərdi
30 Aprel , 2021 00:56
Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirib.

"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə təslim olan Məmmədyarov yarımfinal mərhələsinə uğursuz start verib.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə yarımfiinala heç-heçə ilə başlayıb. Dünya çempionu Ermənistan şahmatçısı Levon Aronyanla 2:2 hesablı sülhə razılaşıb.

Yarımfinalın digər görüşləri bu gün keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: "New In Chess"

Yarımfinalın ilk günündə qeydə alınan nəticələr

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 1:3 (0:1; 1:0; 0:1; 0:1)

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Son xəbərlər

Orphus sistemi