Azərbaycan himnini Parisdə səsləndirmək istəyirəm.
"Report"un Parisə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
Dəri əlcək ustası Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarının boks yarışında yarımfinala vəsiqə qazanması ilə bağlı danışıb:
"Görüş çox çətin keçdi. Artıq bürünc medalı özüm üçün təmin etmişəm. Sevinirəm ki, Azərbaycan tarixində ilkə imza ataraq iki Olimpiya Oyunlarında ard-arda medal qazandım. Qarşıdakı hədəfim qızıl medal qazanmaq olacaq. Azərbaycanın himnini Parisdə səsləndirmək istəyirəm".
Qeyd edək ki, 92 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes qazaxıstanlı Aybek Oralbaya qalib gələrək yarımfinala adlayıb və bürünc medalı özü üçün təmin edib. Onun bu raunddakı rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.