Bu il Azərbaycan idmançılarından 435 dopinq-test götürüləcək

Bu il Azərbaycan idmançılarından 435 dopinq-test götürüləcək Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli mətbuat konfransı keçirib
Fərdi
23 Fevral , 2017 15:14
Bu il Azərbaycan idmançılarından 435 dopinq-test götürüləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Yeni yaradılan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli bu gün Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, tədbirdə Ş.Hüseynli Ümumdünya Antidopinq Agentliyinin fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxardıqdan sonra jurnalistlərlə görüşə qərar verdiklərini bildirib.

O, iki ay yarım ərzində antidopinq kodeksinin hazırlandığını açıqlayıb. Ş.Hüseynli Azərbaycanın antidopinq sarıdan nümunəvi ölkələr siyahısına daxil olacağını söyləyib: "Bunun üçün hər cür şərait var. Fəaliyyətimizi idmançıları dopinq testindən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testindən keçirmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır".

Ş.Hüseynlinin sözlərinə görə, 2017-ci ildə Azərbaycan idmançılarından 435 dopinq testin keçirilməsi nəzərdə tutulub. O, IV İslam Həmrəyliyi Oyunlarında 18 nümayəndənin iştirak edəcəyini bildirib. İcraçı direktor bu yaxınlarda iNADO (Milli Antidopinq Təşkilatları İnstitutu) adlı beynəlxalq quruma 64-cü ölkə kimi üzv olduqlarını da vurğulayıb.

O, 2016-cı il dekabrın 29-da imzalanmış sərəncam əsasında fəaliyyətə başladıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi