Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi

Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib.
Fərdi
23 Oktyabr , 2020 20:28
Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

17:09

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Yakub Şamilovla üz-üzə gəlib.

Qarşılaşmada məğlub olan Səfərov bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva isə təsəlliverici görüşdə Ukraynadan olan Darida Belodidə uduzub.

16:35

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Monqolustan təmsilçisi Erhembayar Battoqtoh ilə üz-üzə gəlib. Qarşılaşma səfərovun qələbəsi ilə bitib.

Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva eyni raundda Fabyen Koçerə (İsveçrə) uduzub. Məmmədəliyeva təsəlliverici görüşlərə qatılacaq.

15:39

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə Niderland təmsilçisi İvo İvo Verhorsterti məğlub edib. Ardınca gürcüstanlı Baqrati Niniaşvilidən üstün olub.

Eyni çəkidəki Nicat Şıxəlizadə Villian Limaya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

60-dakı Kəramət Hüseynov da ilk qarşılaşmasında məğlub olub. O, fransalı Luka Mxeidze ilə bacarmayıb. Davud Məmmədsoy (60 kq) hindistanlı Vijay Kumar Yadavla dueldə qalib ayrılsa da, Qazaxıstanlı Qusman Kirgizbayevə uduzub.

Qadınların yarışında Aişə Qurbanlı Şirin Bouklinə (Fransa), Leyla Əliyeva isə Lauru Martinesə (İspaniya) məğlub olub. Əliyeva ilk görüşündə macarıstanlı Luka Mamiraya qalib gəlmişdi.

52 kq-da isə Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxodu (Monqolustan) məğlub etdikdən sonra, israilli Gefen Primodan üstün olub və Orxan Səfərov kimi 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi