Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib
Fərdi
- 18 fevral, 2023
- 13:08
Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
"Report"un məlumatına görə, 100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar.
Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.
90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonu sınağa çəkəcək.
Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.
Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.
Son xəbərlər
10:49
Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb
Xarici siyasət10:48
Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub
Futbol10:45
Fərid Osmanov: "MyGov" platformasında 4 milyon istifadəçi var"
İKT10:42
İlham Əliyev "ŞƏT plyus" formatında iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəlib
Xarici siyasət10:42
Ötən ay 7568,9 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət10:41
Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
İnfrastruktur10:31
Bredli Barkolanın "Liverpul"a keçidi futbol tarixinin ən bahalı 10 transferi sırasına düşüb
Futbol10:31
Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:27