Azərbaycan millisi Böyük Dəbilqəni bir dəst medalla başa vurub

Fərdi
  • 05 fevral, 2023
  • 17:45
Azərbaycan millisi Böyük Dəbilqəni bir dəst medalla başa vurub

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqəni 1 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub.

“Report”un məlumatına görə, bir dəst medalı Zelim Kotsoyev bürünclə tamamlayıb.

Gənclər arasında Avropa və dünya çempionu olan 25 yaşlı idmançı 100 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb. Sedrik Olivar (Fransa) və Mərt Şişmanlar (Türkiyə) üzərində qələbədən sonra 1/4 finalda Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olan Kotsoyev təsəlliverici dueldə özbəkistanlı Musafferbek Turoboyev, bürünc medal görüşündə isə belçikalı Toma Nikiforovdan güclü olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, bu gün isə Murad Fətiyev (90 kq) gümüş medala yiyələnib.

21:00

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

“Report” xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.