Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəşaçma yarışında Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanıb.
“Report”un məlumatına görə, çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş mükafata yiyələnib.
450 xal toplayan hindistanlı Akhil Şeorana isə üçüncü yeri tutub. Hindistanlı idmançının öz ölkəsinə olimpiya lisenziyası qazanması barədə Beynəlxalq Olimpiya Komitəsi də məlumat yayıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına digər lisenziyaları Avstriya, İsveçrə və Finlandiya atletləri qazanıblar.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.