Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
Fərdi
- 22 aprel, 2025
- 09:48
Mayın 21-24-ü aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
Son xəbərlər
16:54
Hörmüz boğazından keçən gəmilərin sayı 6 dəfə azalıb
İnfrastruktur16:49
Seutada qeyri-qanuni miqrantların qəbulu üçün müvəqqəti mərkəzlər açılacaq
Digər ölkələr16:49
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Elm və təhsil16:45
Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Biznes16:32
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 %-ə yaxın artıb
İKT16:30
Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol16:29
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 69 %-ə yaxın artıb
Maliyyə16:22
"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib
Futbol16:17