Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresi işinə başlayıb.
"Report"un məlumatına görə, konqresə açılış mərasimi ilə start verilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov qonaqları salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.
Ardınca böyük monitorda Azərbaycan badmintonun keçdiyi tarixi yol və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Xatırladaq ki, iki gün davam edəcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir. Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı, Avropa Badminton Konfederasiyasına prezident seçkiləri keçiriləcək. Konqresin devizi inklüziv badminton olub, bu idman növünün hər kəs üçün əlçatanlığını tərənnüm etməkdir.