“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib

“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Yelkən Reqatası 2024”ün qalibləri mükafatlan
Fərdi
12 May , 2024 18:38
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Yelkən Reqatası 2024”ün qalibləri mükafatlandırılıb.

"Report"un məlumatına görə, tədbir final yarışlarından sonra baş tutub.

Mərasimdə SFA prezidenti Qüdrət Qurbanov və Gürcüstan Yelkən Federasiyasının rəhbəri Devid Kituaşvili iştirak ediblər.

Bu il Reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.

Yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində gerçəkləşib.

ILCA 6 sinifi üzrə birinci yerin qalibi Murad Hacı-zadə, ikinci yer Nikoloz Tatarishvili, üçüncü yer Anton Vilayev olub.

ILCA 4 sinifi üzrə Fidan Ağazadə, Kristina Kərimova və Alex Kituashvili (Gürcüstan) fərqləniblər.

Optimist Junior sinifi üzrə müvafiq olaraq Nurlan Ağazadə, Səma Mansurzadə və Giorgi Grigolia (Gürcüstan) mükafatçılar sırasına düşüblər.

Optimist qızlar sinifi üzrə birinci yerin qalibi Nərgiz Məmmədovadır. Emel Məmmədli ikinci, Nəzrin Məmmədova üçüncü yeri tutub.

Optimist ümumi sinifi üzrə də Nərgiz Məmmədova bütün rəqiblərini qabaqlayıb. Növbəti mövqelərdə Furkan Mustafayevlə Emel Məmmədli qərarlaşıblar.

Xatırladaq ki, Reqata dördüncü dəfədir təşkil olunur.

Son xəbərlər

Orphus sistemi