Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün
Y.Bəşirov bildirib ki, Açılış və Bağlanış mərasimləri ilə yanaşı, idmançıların çıxışları da yüksək səviyyədə olub: "İlk olaraq, karateçilər yarışa qatıldı. İlk medal İlahə Qasımovanın adına yazıldı. Rafael Ağayev də öz sözünü dedi və dünyada bir nömrə olaraq qaldı. 21 dəfə Bakıda himnimiz səsləndi ki, bunların da 4-ü karateçilərimizin payına düşdü. Bundan gözəl nəticə ola bilməz".
Federasiya prezidenti idmançıların belə yüksək səviyyədə çıxış edəcəyini gözləmədiklərini deyib. O qarşıdakı yarışlar haqda da məlumat verib: "Payızda İndoneziyada keçiriləcək yeniyetmə və gənclər arasında dünya çempionatına qatılacağıq. Ola bilsin, həmin gənclərdən 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcəklər. Həmişə çətin anda nazir Azad Rəhimova müraciət etmişik və o da bizə kömək edib. Gələn aydan hazırlıqlar başlayacaq".
Y.Bəşirov karate növləri üzrə digər milli federasiyaların AMKF adından çıxış etmələrinə də münasibət bildirib: "Xahiş edirəm heç kim bizim nəticələri başqa federasiyaların adına yazmasın. Rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan bizik. Hər il nəticələrimiz artır və gələcəkdə də bu cür davam edəcəyik".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri 4 qızıl və 2 bürünc medal qazanıb.